[b]Yarımfinal oyunlarının vaxtı açıqlandı[/b]
16.05.2018 - 09:03
[b]Yarımfinal oyunlarının vaxtı açıqlandı[/b]

Futzal üzrə ölkə kubokunun yarımfinal oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmalar mayın 17-də keçiriləcək.

 

Görüşlər Bakı İdman Sarayında baş tutacaq. Öncə meydana “Hell Energy” və “Marafon Futsal” çıxacaq. İkinci finalçı “Uğur” və “Yasamal-2”nin oyununda bəlli olacaq.

 

Azərbaycan kuboku

Yarımfinal

17 may

18:00. “Hell Energy” – “Marafon Futsal”

Bakı İdman Sarayı
 

19:30. “Uğur” – “Yasamal-2”

Bakı İdman Sarayı

0