[b]“Yeni mövqeyimdə ilk dəfə oynadım” – Filip Ozobiç[/b]
24.06.2018 - 15:11
[b]“Yeni mövqeyimdə ilk dəfə oynadım” – Filip Ozobiç[/b]

“Qarabağ”la ilk matçım idi. Yoxlama görüşü olmasına baxmayaraq, yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri bu sözləri Filip Ozobiç deyib.

 

Ağdam klubu təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq matçına çıxıb. “Ludoqorets”lə qarşılaşan Azərbaycan çempionu matçdan 1:1 hesablı bərabərliklə ayrılıb.

 

Oyundan sonra fikirlərini klubun feysbuk səhifəsi ilə bölüşən “Qarabağ”ın xorvatiyalı yeni transferi matçı belə şərh edib: “Rəqibimiz “Ludoqorets” də kifayət qədər güclü komandadı. Oyundan razı qaldım. Yeni bir mövqedə çıxış etdim, ilk dəfə idi ki, hücumçu kimi oynayırdım. Baş məşqçimizin tapşırığı idi, məncə, pis alınmadı”.

0