[b]Yeni müqavilə təklifini rədd etdi, “Qarabağ”a gəlir[/b]
18.06.2018 - 19:15
[b]Yeni müqavilə təklifini rədd etdi, “Qarabağ”a gəlir[/b]

“Çesena” klubunun yarımmüdafiəçisi Kərim Laribi “Qarabağ”a keçə bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı “vinger” ən real təklifi məhz Ağdam klubundan alıb.

Bildirilir ki, “Çesena” ilə müqavilə müddəti başa çatan Laribi ağdamlılarla danışıqları yekunlaşdırmaq üzrədi. Tərəflər ortaq məxrəcə gəlsə, Tunis millisinin üzvü “Qarabağ”a pulsuz başa gələcək. Sabiq “Palermo”lu klubunun yeni müqavilə təklifini artıq rədd edib.

Qeyd edək ki, İtaliyanın gənclər millisində oynamış Kərim Laribi ötən il çağırıldığı Tunis yığmasının heyətində 1 görüş keçirib. Milan “İnter”inin yetirməsi olan futbolçu karyerası ərzində yalnız İtaliya klublarında çıxış edib.

0