20 Fevral 12:20 “Yerli klublara müraciət edəcəm” – Rauf Əliyev
FUTBOL xəbərləri 20 Fevral 12:20
1898 baxış

“Yerli klublara müraciət edəcəm” – Rauf Əliyev

“Hələ ki, fərdi məşqlərlə kifayətlənirəm. Heç bir klubdan xəbər yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin hücumçusu Rauf Əliyev deyib.

 

Ötən ilin sonlarında “Kukesi”dən ayrıldıqdan bəri klubsuz qalan Əliyevin mövsümün ikinci dövrəsində hansısa komandaya keçəcəyinə inamı çox azdı. Azad agent statusu daşıyan 29 yaşlı forvard təklif almadığını vurğulayıb: “İndiki vəziyyət onu deməyə əsas verir ki, yaya qədər futbolsuz qalacam. Çünki konkret təklif yoxdu. Yalnız müəyyən söhbətlər var. 3-4 aydı ki, belə boş söhbətlər olur. Karaqanda “Şaxtyor”u da ciddi variant deyildi”.

 

Əliyev mövsümün sonuna qədər Premyer Liqa klublarından birinin düşərgəsində məşq etmək niyyətindədi: “Yaya qədər Azərbaycanda oynamağım mümkün deyil. Amma klublardan birinin düşərgəsində məşq keçə bilərəm. Əgər başqa ölkəyə yollanmaq variantım alınmasa, yerli klublara müraciət etməyi düşünürəm. Evdə oturmaqdansa, dost-tanışla futbol oynamaqdansa, normal məşq edərəm. Bu, mənim də xeyrimə olar”.

 

Qeyd edək ki, cari mövsüm “Keşlə” və “Kukesi”nin heyətində çıxış edən Rauf Əliyev payız/yaz sistemli çempionatlarda mübarizə aparan 3-cü klubun formasını geyinə bilməz.

Xəbər lenti