[b]Yığmamız Bolqarıstanla yoxlama matçı keçirəcək[/b]
16.05.2018 - 16:04
[b]Yığmamız Bolqarıstanla yoxlama matçı keçirəcək[/b]

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az affa.az-a istinadən məlumat verir ki, baş məşqçi Vüqar Əsgərli düşərgəyə 18 futbolçu çağırıb.

 

O, mayın 20-dən 26-dək Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında Elvira Əsgərzadə, Minarə Gözəlova, Həqiqət Qasımova, Sona Rəhimova, Aytac Nemətova, Nərmin Əhmədli (hamısı “Təhsil”), Sudə Topçu, Öznur Tas, Beyzanur Aslan (hər üçü "1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova, Rövşanə Sərdarlı (hər üçü “Gənclik”, Şəki), Cəmilə Hüseynova, Aytən İbadova (hər ikisi “Qubek”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Umnisə Əliyeva (“Fidan”) və Ülkü Özdəmiri (“Montabaur”, Almaniya) sınayacaq.

 

Komandamız hazırlıq çərçivəsində bolqarlarla 2 yoxlama matçı da keçirəcək. Futbolçularımız həmyaşıdları ilə mayın 22-də və 25-də üz-üzə gələcəklər.

0