24 Noyabr 11:08 Yığmamıza təklif olunan futbolçu: Azərbaycana bağlılığım yoxdu
FUTBOL xəbərləri 24 Noyabr 11:08
3797 baxış

Yığmamıza təklif olunan futbolçu: Azərbaycana bağlılığım yoxdu

“Komandamızı saxlayan azərbaycanlı iş adamları AFFA ilə çox yaxşı əlaqələrə malik idi. Elə alındı ki, çempionat başa çatan kimi mən Azərbaycanın yeniyetmələrdən ibarət millisinə baxışa yollandım”. Apasport.az saytının məlumatına görə, bunu Lipetskin “Metallurq” klubunun futbolçusu İlya Baulçev deyib.

 

19 yaşlı müdafiəçi vətənində verdiyi müsahibəsində bildirib ki, vaxtı ilə çıxış etdiyi “Proqress” klubunun sahibi azərbaycanlılar olduğu üçün AFFA-ya təklif olunub. Lakin onun ölkəmiz adından çıxışı uğursuz alınıb: “Bu komanda Minskdə təlim-məşq toplanışında idi. Onlar Belarusla 2 yoxlama matçı keçirdilər. Mən də bu qarşılaşmaların hər ikisinin son 20 dəqiqəsində meydanda oldum. Bu, məşqçilər korpusu üçün yetərli oldu və bir də məni yığmaya dəvət etmədilər. Bilmək olmaz ki, mən bu ölkənin millisində möhkəmlənsəydim, karyeram necə davam edəcəkdi. Vurğulayım ki, mənim heç bir Azərbaycan köklərim yoxdu”.

 

Xəbər lenti