[b]“Yuventus” İquaini transferə çıxardı[/b]
22.07.2018 - 16:15
[b]“Yuventus” İquaini transferə çıxardı[/b]

"Yuventus” hücumçusu Qonsalo İquainlə sağollaşmağa hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, argentinalı forvard İngiltərəyə köçməyə çox yaxındı.

 

“Real”dan Kriştianu Ronaldonu transfer edən Turin təmsilçisi İquainə gələn təklifləri dəyərləndirməyə hazırdı. “Qoca sinyora” ulduz futbolçunun transfer qiymətinin 60 milyon avro olduğunu bəyan edib.

 

İquainlə “Çelsi” və “Milan” yaxından maraqlansa da, onun Premyer Liqa klubuna keçidi daha real görünür.

0