[b]“Yuventus” Qodinlə razılaşdı, “Atletiko” “qiymət oxudu”[/b]
18.07.2018 - 16:08
[b]“Yuventus” Qodinlə razılaşdı, “Atletiko” “qiymət oxudu”[/b]

Uruqvay millisinin futbolçusu Dieqo Qodin İspaniyanın “Atletiko” klubundan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, yay fasiləsində ən fəallardan olan “Yuventus” cənubi amerikalını heyətinə qatmağa yaxındı.

 

Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu iddia edilir. 2021-ci ilədək nəzərdə tutulan bu anlaşmaya əsasən Qodin ildə 4 milyon avro qazanacaq. Müdafiəçiyə eyni maaşı verməyə hazır olan “Atletiko” onu 20 milyon avrodan ucuz qiymətə buraxmaq niyyətində deyil.

 

Qeyd edək ki, Qodin 2010-cu ildən Madrid təmsilçisinin formasını geyinir.

 

0