[b]“Zəif komanda çempion ola bilməz” – Ansi Aqolli[/b]
20.06.2018 - 00:01
[b]“Zəif komanda çempion ola bilməz” – Ansi Aqolli[/b]

“Rəqibimiz güclüdü. İlk təsnifat mərhələsi üçün çətin komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli deyib.

 

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan çempionu “Qarabağ” ilk olaraq Sloveniya təmsilçisi “Olimpiya” ilə qarşılaşacaq.

 

Püşk barəsində klubun rəsmi feysbuk hesabına fikirlərini açıqlayan albaniyalı müdafiəçi rəqibi belə dəyərləndirib: “Bilirik ki, Sloveniyada futbol necə inkişaf edir. Ötən il “Maribor” Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdi. Rəqibə hörmətlə yanaşırıq, heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz. Artıq hazırlıqlara başlamışıq, sabah da Avstriyaya yollanacağıq. Bu matçlara yaxşı hazırlaşacağıq. Ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq”.

0