[b]Zidan Neymarın alınmasını niyə istəməyib?[/b]
16.07.2018 - 21:00
[b]Zidan Neymarın alınmasını niyə istəməyib?[/b]

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın “kral klubu”ndan ayrılmasının səbəbləri arasında göstərilən PSJ-nin hücumçusu Neymarın transferi məsələsində yeni iddia ortaya atılıb. Apasport.az xəbər verir ki, Braziliya mətbuatı bu barədə məlumatı fransalı mütəxəssisin yaxın dostuna istinadən yazıb.

 

Bildirilir ki, komandanın naharı zamanı Neymarın keçidi ilə bağlı Zidanla müzakirə aparılıb. Lakin o, bu keçidin əleyhinə olub. Zidan səbəb kimi Neymarın həmyerlisi Marselo ilə eyni cinahda yer almasını və eyni xüsusiyyətlərə malik olmasını göstərib. Məhz bundan sonra çalışdırıcı ilə rəhbərlik arasında narazılıq yaranıb və yekunda Zizu vəzifəsindən ayrılıb.

 

Qeyd edək ki, 2016-cı ildə “Real”ın “sükanı arxası”na gətirilən Zinəddin Zidan ötən mövsümün sonunda gözlənilmədən istefa verib.

0