15 Aprel 20:56 “Zirə” azarkeşləri: Ayxan, rədd ol get!
FUTBOL xəbərləri 15 Aprel 20:56
2596 baxış

“Zirə” azarkeşləri: Ayxan, rədd ol get!

Topaz Premyer Liqasının XXIII turunda “Neftçi” ilə qarşılaşan “Zirə” oyunu baş məşqçisiz bitirib. Apasort.az saytının məlumatına görə, qarşılaşmanın sonlarında yerli azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsi onun sərt reaksiyası ilə nəticələnib.

 

Ehtiyat oyunçular skamyasındakı su qablarını təpikləyən Abbasovun hərəkəti hakimlərin diqqətindən yayınmayıb. Texniki zonadan uzaqlaşdırılaran baş məşqçiyə azarkeşlərin etirazı davam edib.

 

Yerli fanatlar “Ayxan, rədd ol, get!” şüarı səsləndiriblər. Yalnız oyunçuların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, matç “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti