[b]“Zirə” ərəblərlə bacarmadı[/b]
20.07.2018 - 19:35
[b]“Zirə” ərəblərlə bacarmadı[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəqibi Qətərin “Əl-Xaritiyah” klubu olub.

 

Matç 1:1 hesabı ilə başa çatıb. “Zirə” 51-ci dəqiqədə Mirsahib Abbasovla hesabl açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. 76-cı dəqiqədə rəqib “status-kvo”nu bərpa edib.

Qeyd edək ki, “Zirə” Bolu toplanışı çərçivəsində daha iki yoxlama oyunu keçirəcək.

0