11 Dekabr 11:43 “Zirə”də iki itki
FUTBOL xəbərləri 11 Dekabr 11:43
290 baxış

“Zirə”də iki itki

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən baş tutan qarşılaşmalar 2 futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, hər iki oyunçu “Zirə”nin üzvləridi.

 

Paytaxt təmsilçisi Sadiq Quliyev və Aleksandr Şemonayevin xidmətindən məhrum olub. Onlar “Neftçi” ilə ev oyununda sarı vərəqə alıblar.

 

Bu, Sadiqlə Aleksandr üçün mövsümdə kubok yarışında alınan 2-ci xəbərdarlıq olub. Ölkə kubokunda 2-ci dəfə cəzalanmaları onların önündə “qırmızı işıq” yandırıb. Cütlük dekabrın 14-də baş tutacaq cavab matçında “Neftçi”yə qarşı oynamayacaq.