23 Oktyabr 00:18 “Zirə”nin seriyası qırıldı
FUTBOL xəbərləri 23 Oktyabr 00:18
292 baxış

“Zirə”nin seriyası qırıldı

Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” səfərdə “Sumqayıt”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu, qəsəbə təmsilçisinin uzun zaman sonra ilk məğlubiyyəti olub.

 

Belə ki, sonuncu dəfə martın 13-də “Kəpəz”ə uduzmuş Ayxan Abbasovun yetirmələri o vaxtdan bura 14 oyun idi ki, heç kimə boyun əyməmişdi.

 

Bu qarşılaşmalardan 6-sı ötən, 8-i isə cari mövsüm oynanılıb.

Xəbər lenti