15 Dekabr 16:08 “Zirə”nin yoxlama matçlarının tarixləri bilindi
FUTBOL xəbərləri 15 Dekabr 16:08
238 baxış

“Zirə”nin yoxlama matçlarının tarixləri bilindi

“Zirə”nin qış hazırlıq planı bəlli olub. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, dünən “Neftçi” ilə oyundan sonra istirahətə buraxılan kollektiv yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək. 

 

Yanvarın 19-na kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi. “Qartallar” ayın 18-i və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.
 

Yanvarın 21-də Türkiyəyə yollanacaq “Zirə” hazırlığın ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq komanda burada 3 yoxlama matçı keçirəcək. Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərində nəzərdə tutulub.

 

“Zirə” fevralın 4-də Bakıya qayıdacaq

Xəbər lenti