Pekində XXIX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA
08.08.2008 - 16:18
Pekində XXIX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA
Çin Xalq Respublikasının dövlət himninin oxunması ilə başlanan tədbir müxtəlif nümunəvi çıxışlarla davam edib. Bundan sonra 204 iştirakçı ölkənin nümayəndə heyətinin rəsmi keçidi başlayıb. Əvvəlcə 2004-cü il Olimpiadasını təşkil etmiş Yunanıstan təmsilçiləri azarkeşlər önünə çıxıblar. Daha sonra digər ölkələrin nümayəndə heyətləri ardıcıllıqla stadionda görünməyə başlayıblar. Bakı vaxtı ilə saat 19:10-da isə Azərbaycan nümayəndə heyəti azarkeşlər qarşısına çıxıb. Yunan-Roma güləşi üzrə Olimpiya və dünya çempionu Fərid Mansurovun bayraqdarı olduğu heyətin tərkibində Azərbaycanın şef de-missionu İlham Mədətov, Gənclər və İdman Nazirliyinin digər rəsmiləri, məşqçilər və idmançılar yer alıblar. Onları stadionda mərasimi izləyən 80-dən çox ölkənin dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev ailə üzvləri ilə birgə salamlayıb.
Qeyd edək ki, avqustun 24-dək davam edəcək Pekin Olimpiadasında 10 mindən çox idmançı 38 növ üzrə 302 dəst medal uğrunda mübarizə aparacaq.









































0