[b]İslamiada: Musayev ikinci medalını qazandı[/b]
17.05.2017 - 19:12
[b]İslamiada: Musayev ikinci medalını qazandı[/b]

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında növbəti mükafatını əldə edib. Apasport.az saytının məlumatına görə, para atletika növündə Oloxan Musayev ikinci medalına qovuşub.

 

Dünən nüvə itələmə yarışında fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Musayev bu dəfə lövhə atmada 3-cü olub. Ona “bürünc”ü 40.49 m-lik göstərici qazandırıb.

 

İlk iki pilləni isə İran idmançıları tutublar. Ali Mohammadyari (43.08) qızıl, Alireza Qalen Nasseri (42.70) isə gümüş medala yiyələnib.

0