17 May 21:48 “Onlar mənə güc verirlər” - Məhəmmədrəsul Məcidov
İSLAMİADA xəbərləri 17 May 21:48
483 baxış

“Onlar mənə güc verirlər” - Məhəmmədrəsul Məcidov

“Ayağımda zədə var idi. Bir az da yorğun idim”. Apasport.az saytının məlumatına görə, bunu boksçumuz Məhəmmədrəsul Məcidov deyib.

 

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında +91 kq çəki dərəcəsində mübarizə aparan Məcidov bu gün yarımfinalda qələbə qazanaraq, finala adlayıb.

 

O, əvvəlcə iordaniyalı Hüsseyn İaşaişlə yarımfinalda keçirdiyi qarşılaşmanı şərh edib: “Demək olar ki, döyüş planlaşdırdığım kimi olmadı. Ancaq yenə də qalib gəldim. Çünki azarkeşlər mənə güc verirlər. Mənə ailəm baxırdı. Buna görə məğlub ola bilməzdim. Fəxr edirəm ki, Azərbaycanı təmsil edirəm”.

 

Boksçumuz sabah final döyüşündə Manaf Asaadla (Suriya) üz-üzə gələcək. İkiqat dünya çempionumuz həlledici görüşdə də qələbə qazanacağına inanır: “Sabahkı döyüşü rinq göstərəcək. Yəqin ki, qalib gələcəyəm. Təbii ki, pul hamıya lazımdı. Mən bunun üçün hökumətə minnətdaram. Bu, İslam oyunlarıdı. Mən özüm də İslam dininə qulluq edirəm”.

Xəbər lenti