Teymur Rəcəbovdan ikinci qələbə, Hollandiyada lider dəyişdi
19.01.2015 - 01:05
Teymur Rəcəbovdan ikinci qələbə, Hollandiyada lider dəyişdi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə VIII turun görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu dəfə qələbəyə sevinib.

 

Daha əvvəl ABŞ-dan olan şahmatçı Uesli Sonu məğlub edən təmsilçimiz polşalı qrossmeyster Radoslav Vojtaşekə də qalib gəlib.  

 

Turnir cədvəlində isə lider dəyişikliyi qeydə alınıb. Rəcəbovun turnirdə ilk məğlub etdiyi Uesli Soya uduzan ukraynalı Vasili İvançuk zirvədən “düşüb”. Belə ki, Maqnus Karlsen (Norveç) Baadur Jobavaya (Gürcüstan) qalib gələrək ilk pilləni ələ keçirib.

 

Turnir cədvəli: Maqnus Karlsen (Norveç) – 6; Uesli So (ABŞ), Maksim Vaşye-Laqrev (Fransa), Din Liren (Çin) – 5.5; Vasili İvançuk (Ukrayna) – 5; Teymur Rəcəbov (Azərbaycan), Fabiano Karuana (İtaliya) - 4,5; Radoslav Vojtaşek (Polşa), Aniş Qiri (Hollandiya) – 4; Levon Aronyan (Ermənistan) – 3; İvan Şariç (Xorvatiya), Hou İfan (Çin) – 2.5; Lyuk Van Veli (Hollandiya) – 2; Baadur Jobava (Gürcüstan) – 1,5.

0