Maqnus Karlsen Teymur Rəcəbovu məğlub edib, liderliyini möhkəmləndirdi
21.01.2015 - 01:25
Maqnus Karlsen Teymur Rəcəbovu məğlub edib, liderliyini möhkəmləndirdi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün IX turun görüşlərinə yekun vurulub.

 

Turnirdə çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu dəfə lider Maqnus Karlsenlə üz-üzə gəlib. Görüşdə təmsilçimiz norveçli şahmatçıya uduzub.

 

Beləliklə, Teymur Rəcəbovu məğlub edən Karlsen xalını 7-yə çıxaraq, ilk pillədəki yerini möhkəmləndirib. 

 

Turnir cədvəli: Maqnus Karlsen (Norveç) – 7; Uesli So (ABŞ), Maksim Vaşye-Laqrev (Fransa) – 6; Vasili İvançuk (Ukrayna), Din Liren (Çin) – 5.5; Aniş Qiri (Hollandiya), Fabiano Karuana (İtaliya) – 5; Teymur Rəcəbov (Azərbaycan), Radoslav Vojtaşek (Polşa) – 4.5; Levon Aronyan (Ermənistan) – 4; Hou İfan (Çin), İvan Şariç (Xorvatiya) – 3; Lyuk Van Veli (Hollandiya) – 2.5; Baadur Jobava (Gürcüstan) – 1,5.

0