[b]“Neftçi” təlim-məşq toplanışı qələbə ilə tamamladı - YENİLƏNİB[/b]
23.01.2015 - 21:02
[b]“Neftçi” təlim-məşq toplanışı qələbə ilə tamamladı - YENİLƏNİB[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün son yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri mövsümün ikinci yarısına hazırlığı Rumıniyanın “Petrolul” klubu ilə görüşlə tamamlayıb.

 

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin çalışdırdığı komanda ilə görüşdə Bakı təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. Matçda vurulan yeganə qola 36-cı dəqiqədə Denis Silva imza atıb.

 

Xatırladaq ki, qonşu ölkədə məşqlərini başa vuran “ağ-qaralar” bu oyundan sonra toplanışı yekunlaşdırıb, Bakıya qayıdacaq.

 

Qeyd edək ki, bu qarşılaşma “Neftçi”nin Antalyada 5-ci matçdı. Bunadək bakılılar Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1), Ukraynanın “Volın” (4:3) klubları ilə üz-üzə gəlib.

 

23 yanvar

“Neftçi” (Azərbaycan) – “Petrolul” (Rumıniya) - 1:0

QOL: Denis Silva, 36

 

0