"Sumqayıt"dan böyükhesablı qələbə
23.01.2015 - 19:14
"Sumqayıt"dan böyükhesablı qələbə

Topaz Premyer Liqasında mövsümün II yarısına hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “Gənclər şəhəri” təmsilçisi I divizion təmsilçisi "Zirə" ilə üz-üzə gəlib.

 

“Sumqayıt” böyükhesablı qələbə qazanıb – 4:0. Komandada qolları Tofiq Mikayılov, Slavik Alxasov, Orxan Məmmədov və Pərdis Fərcad-Azad vurub.

 

Qeyd edək ki, daha öncə "Bakı"nı 5:1 hesabı ilə darmadağın edən "Sumqayıt" AZAL-la 0:0 bərabərə qalıb.

0