[b]Roman Qriqorçuk: Ən azı 2 oyunçu transfer etməyi düşünürük - MÜSAHİBƏ[/b]
23.01.2015 - 20:51
[b]Roman Qriqorçuk: Ən azı 2 oyunçu transfer etməyi düşünürük - MÜSAHİBƏ[/b]

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün Rusiya Premyer Liqasında çıxış edən “Kuban”la qarşılaşıb. Təmzilçimizin 0:2 hesabı ilə məğlub olduğu oyundan sonra baş məqşçi Roman Qriqorçuk apasport.az saytının suallarını cavablandırıb

 

- “Kuban”la yoxlama matçında məğlub oldunuz. Həm oyun, həm də komandanızın durumu haqda nə deyə bilərsiniz?

- Toplanış zamanı keçirilən oyunlar yoxlama xarakteri daşıyır. Biz də çalışırıq ki, güclü komandalarla qarşılaşaq. Çünki rəqib güclü olnada problemləri görmək də rahat olur. Ümumi götürdükdə oyun maraqlı alındı. Nəticə isə biz istəyən kimi olmadı, kobud səhvələr burxdıq. Bu cür güclü komandalar isə adi səhvləri bağışlamır. Belə səhvlər bizə dərs olmalıdı. Çalışmalıyıq ki, yoxlama matçlarında buraxdığımız səhvləri rəsmi görüşlərdə təkrarlamayaq.

 

- Problemlərin olduğu aydındı. Hansı problemlər sizi daha çox narahat edir və onu aradan qaldırmağa çalışırsınız?

- Problem ondadı ki. biz hələ istədiyimiz kimi oynaya bilmirik. Ancaq işlər görülür. Futbolçular necə oynamalı olduqlarını bilirlər. Bunun üzərində də işləyirik. Oyun göstərdi ki, biz hələ sürətli oynaya bilmirik. Çempionata qədər bunu yoluna qoymalıqı. Çünki bizə çempionatda sürətli oynamaq lazımdı.

 

- Yığmanın əsas qapıçısı hesab edilən Kamran Ağayev oyunu ehtiyatdan izlədi. Onun adı heç ikinci qapıçı olaraq da qeyd edilməmişdi. Bununla da Kamrana güvənməyəcəyinizi düşünmək olarmı?

- Komandada 3 güclü qapıçı var. Təlim-məşq toplanışında hamısını yoxlayırıq. Bilməliyik ki, kim, nəyə qadirdi. Kimin güclü olduğunu isə oyunlar zamanı müəyyənləşdirəcəyik. Kamranla bağlı mövqeyim də belədi. Kim hazır olsa, o da oynayacaq.

 

- Yoxlama matçında şans verdiyiniz futbolçulardan biri də Mixail Sivakov idi. Onun oyunundan necə, razı qaldınızmı?

- Müdafiəçi hələ tam formada deyil. O, bir müddət əvvəl cərrahiyyə əməliyyatı keçirib. İndiki məqamda Sivakov heç ideal vəziyyətdə də deyil, tam gücü ilə oynaya bilmir. Bunları nəzərə alsaq, onun oyunu haqda fikir yürütmək düzgün deyil.

 

- Onun keçidi rəsmiləşibmi?

- Rəsmi müqavilə imzalandıqdan sonra bu haqda açıqlama vermək olar. Hazırkı vəziyyətdə onunla müqavilə bağlamamışıq.

 

- Bəs gücləndirmək istədiyiniz mövqelər hələ varmı, yoxsa transfer çalışmalarınızı yekunlaşdırmısınız?

- Hələ heç nə yekunlaşmayıb. Bugünkü oyun da göstərdi ki, yeni futbolçulara ehtiyac var. Ən azı 2 oyunçu transfer etməyi düşünürük. Buna nail olub-olmayacağımızı isə zaman gsötərəcək. Axtarışlarımızı davam etdiririk. Hansı mövqeləri gücləndirməliyik, bunu mətbuata açıqlamağım düzgün olmazdı. 

0