Frank Riberi: Mən “Qızıl top”u siyasət adlandırıram
23.01.2015 - 22:07
Frank Riberi: Mən “Qızıl top”u siyasət adlandırıram

“2013-cü ildə mən çox üzüldüm, amma bu, eyni hər il olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi deyib.

 

Fransa millisinin futbolçusu “Qızıl top”un Kriştianu Ronaldoya verilməsinə münasibət bildirib: “Bu mükafatı qazanmaq üçün mən nə etmək lazımdı bilmirəm. Hətta dünya çempionu olmaq da azdı. Burada nə etmək gərəkdi? 2006-cı ildə Kannavaro dünya çempionu oldu və “Qızıl top”a yiyələndi. Həmçinin, Noyer də mundialda kuboku başı üzərinə qaldırdı, “Bavariya”nın heyətində titullar qazandı. Lakin bu, az oldu. Mən bunu anlamıram. Əgər “Bavariya”nın daha bir oyunçusu bu mükafata namizəd görülərsə, düşünürəm ki, mərasimə getmək üçün ciddi fikirləşmək lazımdı. Nə üçün? Şəkil çəkdirmək üçün? Xeyr. Mən bunu siyasət adlandırıram. Bu, yanlışdı. Əgər mərasimdə Messi və Ronaldo varsa, dərhal aydındır ki, üçüncü oyunçu heç bir şansa malik deyil”.

 

Qeyd edək ki, son yeddi ildə “Qızıl top” mükafatını yalnız iki oyunçu – “Barselona”nın hücumçusu Lionel Messi və “Real”ın forvardı Kriştianu Ronaldo qazanıb. Riberi isə 2013-cü ildə üç iddiaçı arasında olsa da, portuqaliyalı futbolçuya uduzub.

0