Karlo Ançelotti: Kriştianu Ronaldo özü ilə rəqabət aparır
24.01.2015 - 00:41
Karlo Ançelotti: Kriştianu Ronaldo özü ilə rəqabət aparır

“Kriştianu Ronaldo həmişə zirvədədi və mən onda heç bir eniş görmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib.

 

İtaliyalı mütəxəssis Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo haqda xoş sözlər söyləyib: “Bu həqiqətdir ki, o, bir neçə matçda qol vurmadı, amma onun fiziki və mənəvi vəziyyəti həmişə maksimal səviyyədədi. Ronaldo 40 yaşına qədər oynaya biləcəkmi? Düşünürəm ki, bəli. Onun fiziki cəhətdən çətinlik çəkməsini demək çətindi. Kriştianu özü ilə rəqabət aparır. O, daim yüksək səviyyədə qalmaq üçün öz motivasiyasını saxlayır”.

0