Azərbaycandan təklif alan ukraynalı qapıçı: Bunu istisna etmirəm
24.01.2015 - 10:11
Azərbaycandan təklif alan ukraynalı qapıçı: Bunu istisna etmirəm

“Hələ danışıqlar davam edir. Bu üzdən hara keçəcəyimlə bağlı məsələyə tam aydınlıq gəlməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı qapıçı Sergey Litovçenko deyib.

 

Bir neçə gün əvvəl Azərbaycan klublarından biri ilə danışıqlar apardığını açıqlayan qolkiper Zaporojye “Metallurq”u ilə anlaşması haqda yayılan xəbərlərə münasibət bildirib: “Heç bir klubla anlaşmamışam. Bu variantların heç birini də istisna etmirəm. Lakin danışıqlar başa çatanadək dəqiq heç nə bilinmir”.

 

Qeyd edək ki, Litovçenko qış fasiləsində Lutsk təmsilçisi “Volın”dan ayrılıb.

0