Aleksandr Əliyev paytaxt klubunda
24.01.2015 - 10:43
Aleksandr Əliyev paytaxt klubunda

Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl adı Azərbaycan çempionu “Qarabağ”la yanaşı hallanan yarımmüdafiəçinin adı Kiyev “Legiya”sının sifariş vərəqinə daxil edilib.

 

O, Ukrayna yığmasının digər sabiq üzvü Aleksandr Maksimovla birlikdə “Legiya”nın  heyətində Makarovun xatirəsinə həsr olunan turnirdə iştirak edəcək. Bunadək Rusiyanın “Anji” klubunda çıxış edən Əliyev Ağdam təmsilçisi, həmçinin Türkiyənin “Kasımpaa” klubunun maraq dairəsində olsa da, orta sahə oyunçusu paytaxt təmsilçisinə üstünlük verib.

0