“Qəbələ”nin müdafiəçisi komandadan ayrı düşdü
24.01.2015 - 12:30
“Qəbələ”nin müdafiəçisi komandadan ayrı düşdü

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ”də zədələnən futbolçuların taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Kuban”la son yoxlama görüşünü yarımçıq başa vuran yerli oyunçulardan Ürfan Abbasovun durumu ciddidi.

 

Klubun həkimi Rəhim Məhərrəmov əməkdaşımızla söhbətdə Abbasovun ayağının arxa əzələsinin dartıldığını və futbolçunun ən azı Premyer Liqanın 3-cü dövrəsinə qədər kollektivdən ayrı hazırlıq keçəcəyini bildirib: “Ürfanın zədəsi heç də yüngül deyil. Bununla belə, çalışacağıq onu “Bakı” ilə 3-cü dövrənin ilk turuna yetişdirək. Bəxtiyar Soltanovun isə ciddi bir şeyi yoxdu. O, komanda ilə məşqlərini davam etdirə biləcək”.

 

Qeyd edək ki, həm Ürfan Abbasov, həm də Bəxtiyar Soltanov “Kuban”la matçın birinci hissəsində zədələnərək yerlərini müvafiq olaraq Ruslan Tağızadə və Ekiqo Ehiosuna vermişdilər.

 

Onu da əlavə edək ki, “Qəbələ” qış fasiləsindən sonra Premyer Liqada ilk matçını fevralın 1-də “Bakı”ya qarşı keçirəcək.

0