[b]“Əskişəhərspor” rəsmisi: Muaremi transfer etmək məcburiyyətindəyik - MÜSAHİBƏ[/b]
24.01.2015 - 13:11
[b]“Əskişəhərspor” rəsmisi: Muaremi transfer etmək məcburiyyətindəyik - MÜSAHİBƏ[/b]

Türkiyə Superliqa təmsilçisi “Əskişəhərspor”un idarə heyətinin üzvü Aytekin Aykının apasport.az saytına müsahibəsi

 

- “Qarabağ”ın futbolçusu Muarem Muarem transferində son durum nədi?

- Hələ ki, bir yenilik yoxdu. Danışıqlar davam edir. Çalışırıq bu keçidi həyat keçirək.

 

- Amma mətbuatda son təklifinizə “Qarabağ”ın “yox” cavabı verdiyi və bu məsələnin qapandığı yazılıb...

- Heç nə qapanmayıb. Biz Muaremin transferində maraqlıyıq. Dediyim kimi, danışıqlar davam edir.

 

- Son olaraq 250 min dollarlıq təklifinizin qəbul edilmədiyi yazılıb. Bu məlumat doğrudumu?

- Xeyr, doğru xəbər deyil. Bunlar şişirdilmiş rəqəmlərdi. Danışıqların maliyyə tərəfini də açıqlamaq istəmirəm.

 

- Niyə məhz Muaremin keçidində israrlısız?

- Məşqçilər korpusu onu izləyib və bəyənib. Komandaya fayda verəcəyi düşüncəsindəyik. Sizcə, yaxşı oyunçu deyil ki?

 

- Pis oyunçu olduğunu demirəm. Ən azı stabil oynayan futbolçudu. Bu mövsüm avrokuboklarda da yüksək səviyyədə çıxış etdi. Amma “Qarabağ”da ondan da güclü futbolçular var...

- Ola bilər. Bizim diqqətimizi də onun daha çox avrokuboklardakı çıxışı çəkdi.

 

- Türkiyə Superliqasında yeni tətbiq edilən legioner limitinin bu istəyinizə nə kimi təsiri var?

- Bunun da təsiri var. Çünki Muaremin həm də Türkiyə vətəndaşlığı var. Onu transfer etsək, burda yerli futbolçu statusunda oynada bilərik.

 

- Bu keçidin baş tutma ehtimalı nə qədərdi?

- Danışıqların artıq son mərhələsindəyik. Yaxın 2-3 gün ərzində bu transferi reallaşdırmalıyıq, reallaşdırmaq məcburiyyətindəyik. Görək, istəyimizi həyata keçirə biləcəyikmi.

 

Ruslan SADIQOV / Antalya

0