Millimizin rəqibinin baş məşqçisi: Komandaya yeni oyunçular çağırmağı planlaşdırıram
24.01.2015 - 14:05
Millimizin rəqibinin baş məşqçisi: Komandaya yeni oyunçular çağırmağı planlaşdırıram

“İtaliyalı futbolçular öz psixologiyalarını dəyişməlidi. İnanmaq istərdim ki, 2015-ci il İtaliya futbolu üçün uğurlu olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan appeninlilərin çalışdırıcısı yeni ildə komandasında debütantlara da şans verəcəyini açıqlayıb: “Biz də AVRO-2016-nın final mərhələsinə yüksələcəyik. Milliyə bir neçə yeni oyunçu çağırmağı planlaşdırıram. Bu yolla onların inkişafına təkan vermək niyyətindəyəm. Ümid edirəm ki, ölkəmizi bizimlə fəxr etməyə məcbur edəcəyik”.

0