[b]Millimiz Respublika stadionunda[/b]
24.01.2015 - 15:26
[b]Millimiz Respublika stadionunda[/b]

Azərbaycan və Malta milli komandaları arasında qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avro-2016-nın seçmə mərhələsində ilk dəfə yığmamız bu arenada çıxış edəcək.

 

Qarşılaşma martın 28-də baş tutacaq. Düzdü, bu oyunun əvvəlcə “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyi nəzərə alınıb.

 

Buna görə də, AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlamışdı. Artıq Avropa futbol qurumu bu müraciəti müsbət cavablandırıb. 

 

Qeyd edək ki, yığmamız Bolqarıstan və Norveçlə ev oyunlarını “Bakcell Arena”da keçirib.

 

 

0