Məcidov rusiyalı rəqibi ilə bacarmadı - FOTOSESSİYA
24.01.2015 - 17:06
Məcidov rusiyalı rəqibi ilə bacarmadı - FOTOSESSİYA

“Sərhədçi” İdman Olimpiya Mərkəzində “AİBA Pro Boxing” turnirində super ağır çəki dərəcəsində növbəti döyüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Məhəmmədrəsul Məcidov bu dəfə rusiyalı Maqimed Omarova qarşılaşıb.

 

Təəssüf ki, Məcidov buna qədər iki dəfə məğlub etdiyi Omarovu üstələyə bilməyib. 6 raundluq mübarizədən sonra hakimlərdən biri Azərbaycan boksçusunu qalib sayıb. Digər iki hakim isə heç-heçə qeydə alıb. Bu zaman qaydalara əsasən hakimlər əlavə göstəricilərə diqqət yetiriblər və burada onlar Rusiya idmançısını üstün sayıblar – 1:2 (57:57!, 57:57!, 58:56).

 

Gecənin əsas döyüşündə isə Almaniya idmançısı Erik Pfayfer mərakeşli Məhəmməd Arjoui ilə üz-üzə gəlib. 8 raundluq mübarizədən sonra hakimlər qələbəni Pfayferə veriblər – 3:0 (78:74, 78:74, 78:74). Qarşılaşmadan sonra Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA  İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və yarışın supervayzeri Adam Kusior APB-nin kəmərini Pfayferə təqdim ediblər. Almaniyalı boksçu həm də Rio Olimpiadasına vəsiqə qazanıb.

 

Fransalı Toni Yoka Bakıya gəlmədiyi üçün qələbə rumıniyalı Mixay Nistora verilib. Almaniya boksçusu Əli Kıydın isə Misir təmsilçisi Əhməd Samirdən üstün olıub.  

0