Sabiq “Xəzər Lənkəran”lı qol vurdu, Rail Məlikov izlədi
24.01.2015 - 21:28
Sabiq “Xəzər Lənkəran”lı qol vurdu, Rail Məlikov izlədi

Türkiyə PTT I Liqasının XVII turunda növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçisi Rail Məlikovun formasını geyindiyi “Dənizlispor” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ın keçmiş hücumçusu Mbilla Etamenin şərəfini qoruduğu "Samsunspor" qarşılaşıb.

 

Matçda qonaqlar 1:2 hesabı ilə qələbə qazanıb. 

 

Bu qarşılaşmada Məlikov “18-liy”ə daxil edilsə də, forma şansı əldə edə bilməyib. Raildən fərqli olaraq, kamerunlu forvard start heytdə meydana çıxıb, 90 dəqiqə oynayıb və komandasının qalib gəlməsində böyük pay sahibi olub. Belə ki, Etame görüşün 10-cu dəqiqəsində hesabı açıb.

 

Qeyd edək ki, aktivində 17 xal olan “Dənizlispor” turnir cədvəlinin 14-cü pilləsində yer alır. "Samsunspor" isə 23 xalla 8-ci yerdə qərarlaşır. 

0