Antalyada 20-ci gün
24.01.2015 - 23:37
Antalyada 20-ci gün

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 20-ci gününü 1 məşqlə yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

 

Xatırladaq ki, "Qəbələ" sabah - yanvarın 25-də təlim-məşq toplanışı çərçivəsində 6-cı yoxlama oyununu keçirəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçda "qırmızı-qaralar" Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşacaq.

0