Lionel Messidən bir ilk
25.01.2015 - 00:03
Lionel Messidən bir ilk

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya La Liqasının XX turu çərçivəsində baş tutan “Elçe” ilə görüşdə bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, maçtın 55-ci dəqiqəsində penaltidən komandasının 2-ci qolunu vuran argentinalı futbolçu üçün əlamətdar olub.

 

Belə ki, Messi bu mövsüm ölkə çempionatında qollarının sayını 22-yə çatdırıb. O, bu topların yalnız birini ilk dəfə 11 metrlikdən vurub.

 

Qeyd edək ki, hazırda Lionel Messi İspaniya La Liqasının bombardirlər siyahısında ikinci yeri tutur. Lider isə “Real”ın hücumçusu Kriştianu Ronaldodu. Portuqaliyalı futbolçunun aktivində 28 qol var və o, bunlardan səkkizini rəqib qapılarından penaltidən keçirib.

 

0