Eddi İsrafilov yenə oynamadı
25.01.2015 - 17:47
Eddi İsrafilov yenə oynamadı

İspaniya La Liqasında XX turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” səfərdə “Deportivo”nun qonağı olub.

 

Matçda qalib müəyyənləşməyib. Hərəyə 2 top vuran tərəflər meydandan sülhlə ayrılıb.

 

Bu matçda İsrafilov yenə forma şansı əldə edə bilməyib. Anası azərbaycanlı, atası anqolalı olan 22 yaşlı yarımmüdafiəçinin adı son bir neçə turda olduğu ki, görüşün protokoluna salınmayıb.

 

Qedye dək ki, aktivinə 1 xal yazdıran “Qranada” 15 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.

0