Ufuk Budak 90 dəqiqə forma geyindi
25.01.2015 - 18:18
Ufuk Budak 90 dəqiqə forma geyindi

Türkiyə PTT I Liqasının XVII turunun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ufuk Budakın komandası “Qaziantep BB” səfərdə “Alanyaspor”un qonağı olub.

 

Matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Təmsilçimizin komandasının uduzduğu görüşdə Budak meydana ilk “11-lik”də çıxıb və 90 dəqiqə forma geyinib.

 

Qeyd edək ki, yığmamızın üzvləri Vaqif Cavadov və Rəhman Hacıyevin sabiq klubu “Qaziantep BB” hazırda 20 xalla turnir cədvəlinin 12-ci pilləsində yer alır. 

0