Paytaxt təmsilçisindən Bakıda davam
26.01.2015 - 11:52
Paytaxt təmsilçisindən Bakıda davam

Bakının “İnter” klubu mövsümün ikinci yarısının hazırlıqlarının son mərhələsinə start verib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri XIX turun hazırlıqlarını Bakıda keçirilən məşqlərlə davam etdirir.

 

Yanvarın 2-dən 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışımda olan “bankirlər” vətənə qayıdıb, bir gün istirahət etdikdən sonra məşqləri bərpa edib. Paytaxt təmsilçisi  bu gün "İnter Arena" stadionunda növbəti oyunun hazırlıqlarına start verib.

 

Qeyd edək ki, “İnter” XIX turun yanvarın 30-da baş tutacaq oyununda "Sumqayıt"ı qəbul edəcək.

 

0