İnzagi gedir, Lippi gəlir
26.01.2015 - 16:47
İnzagi gedir, Lippi gəlir

İtaliyanın “Milan” klubunun baş məşqçisi postunda dəyişiklik baş verə bilər. Apasport.az saytının məlumatına görə, Filippo İnzaginin işindən narazı olan klub rəhbərliyi onunla yolları ayırmağa hazırlaşır.

 

“Rossonyerlər” bu posta təcrübəli məşqçi Marçello Lippini dəvət etməyə hazırlaşır. Sonuncu iş yeri Çinin “Quançjou” klubu olan 66 yaşlı çalışdırıcı noyabrda məşqçilik karyerasını bitirdiyini açıqlamışdı.

 

Qeyd edək ki, Lippi bu vaxta qədər İtaliya yığması, eləcə də “Yuventus”, “İnter” və “Napoli” kimi klubların baş məşqçisi olub. 

0