Millimiz mövqeyini qorudu, rəqibi irəlilədi
26.01.2015 - 18:32
Millimiz mövqeyini qorudu, rəqibi irəlilədi

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə planetin 151 yığması yer alıb.

 

Son cədvəllə müqayisədə siyahıda cüzi dəyişikliklər olub. Amma bunlar Azərbaycan millisinə təsir etməyib. Belə ki, hesabında 1393 xal olan komandamız 12-ci pillədə qalıb. Millimiz Avropa yığmaları arasında 7-cidi.

 

AVRO-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Ukrayna siyahıda 8-cidi. Digər iki rəqibimiz isə nisbətən aşağı pillələrdə qərarlaşıb. Belçika 29-cu, təsnifat mərhələsində uğur qazanan Danimarka 57-cidi. Sonuncular ötən ayla müqayisədə 4 pillə irəliləməyi bacarıb.

 

Dünyanın ən güclü 12 millisi

1. İspaniya - 1917

2. Braziliya - 1910

3. Rusiya – 1739

4. İtaliya - 1730

5. Argentina – 1684

6. Portuqaliya - 1618

7. İran - 1599

8. Ukrayna – 1477

9. Çexiya - 1416

10. Kolumbiya - 1415

11. Yaponiya - 1401

12. AZƏRBAYCAN – 1393

 

 

0