[b]“Qəbələ" Antalya toplanışını heç-heçə ilə başa vurdu - YENİLƏNİB[/b]
27.01.2015 - 20:47
[b]“Qəbələ" Antalya toplanışını heç-heçə ilə başa vurdu - YENİLƏNİB[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” qonşu ölkədəki 7-ci matçında Türkmənistanın “Altın Asır” klubu ilə üz-üzə gəlib.

 

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 2014-cü ildə ölkə çempionu olan Aşqabad təmsilçisi ilə heç-heçə edib. Hərəyə 3 top vuran tərəflər meydandan sülhlə ayrılıb – 3:3.

 

"Qəbələ”nin qollarına 34-cü dəqiqədə Cavid Hüseynovla 48 və 53-cü dəqiqələrdə yeni transfer Ruslan Fomin imza atıb.

 

Qeyd edək ki, “Qəbələ” əvvəlki yoxlama görüşlərində PSV-nin ikinci komandası (0:0), Ukraynanın “Vorskla” (2:1), Türkiyənin “Əskişəhərspor” (1:3), “Adanaspor” (3:2), Rusiyanın “Kuban” (0:2), Macarıstanın “Haladaş” (2:0) klubları ilə üz-üzə gəlib.

 

 

27 yanvar

 “QƏBƏLƏ” (AZƏRBAYCAN) – “ALTIN ASIR” (TÜRKMƏNİSTAN) - 3:3

QOLLAR: Cavid Hüseynov, 34, Ruslan Fomin, 48; 34

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 7. Ruslan Əmircanov, 44. Rafael Santos, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 4. Elvin Camalov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 32. Mixail Sivakov, 27. Bəxtiyar Soltanov, 18. Ruslan Fomin

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 1. Kamran Ağayev, 9. Viktor Mendi, 5. Sadiq Quliyev, 25. Adrian Ropotan, 34. Ürfan Abbasov, 6. Rəşad Sadiqov, 90. Ekiqo Ehiosun, 12. Aleksandru Benqa, 17. Qismət Əliyev, 99. Tellur Mütəllimov, 23. Emin Zamanov, 87. Bəhlul Mustafazadə, 13. Murad Musayev

0