“Simurq” “Qarabağ”dan transfer etdiyi futbolçunu yola saldı
27.01.2015 - 16:10
“Simurq” “Qarabağ”dan transfer etdiyi futbolçunu yola saldı

“Simurq” gənc futbolçusu Murad Səttarlı ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

 

2012/13 mövsümündə icarə əsasında “Simurq”da forma geyinən yarımmüdafiəçi ötən ilin əvvəlində "Qarabağ"dan transfer olunmuşdu. O, Premyer Liqada 48 matçda Zaqatala təmsilçisinin şərəfini qoruyub və iki qola imza atıb. 

 

0