[b]Federasiya prezidenti: Avropalılar bunu başa düşməzlər[/b]
27.01.2015 - 17:32
[b]Federasiya prezidenti: Avropalılar bunu başa düşməzlər[/b]

“Afrika yekdil olaraq, Yozef Blatteri dəstəkləyir. Onun bizim qitədə hörməti çoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qana Futbol Assosiasiyasının prezidenti Kvesi Nyantakyi deyib.

 

Mayda keçiriləcək prezident seçkilərində Blatterə dəstək olacaqlarını bildirən assosiasiya başçısı avropalılara söz atıb. O, Blatterin Afrikaya etdiyi yaxşılıqları unutmadıqlarını bildirib: “Bu adam hazırladığı proqramlarla Afrikaya maddi yardımlar edib. Bunu ancaq biz bilirik və qiymətləndiririk. Avropalılar belə şeyi başa düşməzlər”.

 

1998-ci ildən FİFA prezidenti vəzifəsini icra edən Blatter ardıcıl 5-ci dəfə bu posta namizədliyini irəli sürüb. Onun rəqibləri isə Jerom Şampan, Əli ibn Əl-Hüseyn, David Jinola və Mixael van Praaq olacaq.  

0