Samuel Eto’O rəsmən “Sampdoriya”da! - FOTO
27.01.2015 - 21:02
Samuel Eto’O rəsmən “Sampdoriya”da! - FOTO

“Everton”un hücumçusu Samuel Eto’O rəsmən “Sampdoriya”nın futbolçusu olub. Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard İtaliya klubu ilə 3,5 illik müqavilə imzalayıb.

 

Bu haqada “Tvitter” səhvəsində paylaşan Eto’O yeni komandasına keçdiyi üçün şad olduğunu bildirib. Bundan başqa, klub saytı da xəbəri təsdiqləyib.

 

Qeyd edək ki, 2009-cu ildə “Barselona”dan “İnter”ə tranfer olunan Eto’O A seriyasında 3 mövsüm (2009-2011) forma geyinib. Daha sonra o, Rusiya “Anji”si (2011-2013), İngiltərə “Çelsi”si (2013-2014) və “Everton”unda (2014-2015) top qovub. Kamerunlu futbolçu son klubunda 20 matçda meydana çıxıb və 4 qol vurub.

0