“Beşiktaş”ın sabiq hücumçusu Rusiya klubuna keçdi
27.01.2015 - 21:45
“Beşiktaş”ın sabiq hücumçusu Rusiya klubuna keçdi

"Beşiktaş”ın sabiq hücumçusu Uqo Almeyda karyerasını Rusiya çempionatında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu “Kuban”a keçməyə çox yaxındı.

 

Artıq 30 yaşlı forvard Premyer Liqa təmsilçisinin düşərgəsinə gəlib. Almeyda tibbi müayinədən keçdikdən sonra “Kuban”la müqavilə imzalayacaq. İki-üç gün ərzində klub rəhbərliyi bununla bağlı qərar qəbul edəcək. Ruslar onunla 1,5 ilik müqavilə bağlamağı düşünür.


Qeyd edək ki, 2011-2014 mövsümündə İstanbul nəhəngi “Beşiktaş”da forma geyinən Almeydanın son klubu İatliya “Çezena”sı olub. A seriyasında yalnız 10 matçda meydana çıxan və qol vura bilməyən Uqo yanvarın 19-da komandası ilə müqaviləsinin müddətini razılıq əsasında pozub.

0