[b]“Qarabağ”a qol vuran futbolçudan yeni müqavilə - FOTO[/b]
27.01.2015 - 22:43
[b]“Qarabağ”a qol vuran futbolçudan yeni müqavilə - FOTO[/b]

Avropa Liqası 2013/14 mövsümünün ən yaxşı bombardiri olan “Zalsburq”un hücumçusu Conatan Soriano komandası ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı ispaniyalı futbolçu 2018-ci ilə qədər Avstriya klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, 2012-ci ildə “Barselona-B”dən “Zalsburq”a keçən Soriano ötən mövsüm Avropa Liqasında 11 top vuraraq, bombardir olub. Conatan Çempionlar Liqasının (2014-2015) III təsnifat mərhələsinin ilk oyun çərçivəsində “Qarabağ”la oyunda Bakıda start heyətdə meydana çıxıb. Ağdam klubunun 2:1 hesabı ilə qalib gədiyi matçda Soriano 77-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.

0