“Milan”ın müdafiəçisi 4 oyunluq cəzalandırıldı
27.01.2015 - 23:12
“Milan”ın müdafiəçisi 4 oyunluq cəzalandırıldı

İtaliya Futbol Federasiyası “Milan”ın müdafiəçisi Filipp Meksesi sərt cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu 4 oyunluq diskvalifikasiya edilib.

 

Buna fransalı oyunçunun A seriyasının XX turu çərçivəsində səfərdə “Latsio” (3:1) ilə görüşün 90+2-ci dəqiqəsində rəqib futbolçu Stefano Maurinin boğazını sıxması səbəb olub. Daha sonra matçın baş hakimi tərəfindən qırmızı vərəqə alan Mekses komandasını azlıqda qoyub.

 

Beləliklə, Mekses A seriyasının növbəti turlarında “Parma”, “Yuventus”, “Empoli” və “Çezena” ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

0