[b]Vaqif Cavadov “Boluspor”da dubl etdi[/b]
28.01.2015 - 00:03
[b]Vaqif Cavadov “Boluspor”da dubl etdi[/b]

Millimizin futbolçusu Vaqif Cavadov yeni klubu “Boluspor”da debüt matçında ilk qollarına imza atıb. Apasport.az saytının məlumatına görə, PTT I Liqasının növbəti turuna hazırlaşan Bolu təmsilçisi hazırlıq çərçivəsində U-21 komandası ilə üz-üzə gəlib.

 

Görüşdə əsas komanda 5:2 hesabı ilə qələbə qazanıb. Meydana start heyətdə çıxan Cavadov dubl edib.

 

Qeyd edək ki, Vaqif Cavadov “Boluspor”a qış “tranfer pəncərəsi”ndə “Qaziantep BB”dən keçib. O, PTT I Liqasının XVII turunda “Orduspor”la (3:1) qarşılaşmada “18-liy”ə belə daxil edilməmişdi. 

0