[b]“Azəryol” qrup mərhələsini qələbə ilə başa vurdu - YENİLƏNİB[/b]
29.01.2015 - 00:22
[b]“Azəryol” qrup mərhələsini qələbə ilə başa vurdu - YENİLƏNİB[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu yarışında qüvvəsini sınayan Bakının “Azəryol” klubu VI turunun oyununa səfədə meydana çıxıb.

 

Bu oyunadək qrupda ikinci yeri təmin edən və adını pley-offa yazdıran Aleksandr Çervyakovun yetirmələri Fransada “Nant”ın qonağı olub. “Azəryol” üçün formal xarakter daşıyan görüşdə komandamız rəqibini "quru hesab"la məğlub edib.

 

Matça yaxşı başlayan “yolçəkənlər” ilk seti böyük üstünlüklə qazanıb - 25:12. Lakin meydan sahibləri ikinci hissədə “Azəryol”a müqavimət göstərib. Buna baxmayaraq, təmsilçimiz yenə qalib gəlməyi bacarıb.

 

Üçüncü setə də yaxşı start verən komandamız bu dəfə də rəqibinə güzəştə getməyib və matçı darmadağınla başa vurub.

 

Qeyd edək ki, "Azəryol" Bakıda "Nant"ın müqavimətini tay-brekdə qırmışdı.

 

 

Çempionlar Liqası

B qrupu

28 yanvar

“Nant” (Fransa) – “Azəryol” (Azərbaycan) - 0:3 (12:25; 25:27; 17:25)

Hakimlər: Sabina Vitt (Almaniya), Sandro La Miçel (İtaliya)

Nant, Mangin Beaulieu

"Fənərbaxça" (Türkiyə) - "Ştiinta" (Rumıniya) - 3:0 (25:16; 25:11; 25:13)

 

Yer

Komanda

O

Q

    M

3:0

3:1

3:2

2:3

1:3

0:3

       S

            T

X

1.

Fənərbaxça

6

6

0

5

1

0

0

0

0

18-1

470-323

18

2.

Azəryol

6

4

2

3

0

1

0

1

1

13-8

476-437

11

3.

Nant

6

1

5

1

1

0

1

0

3

6-15

402-477

4

4.

Ştiinta

6

1

5

0

1

0

0

0

5

3-16

346-457

3

0