[b]“Latsio” “Milan”ı məğlub edib, yarımfinala adladı[/b]
28.01.2015 - 01:57
[b]“Latsio” “Milan”ı məğlub edib, yarımfinala adladı[/b]

İtaliya kubokunun 1/4 final mərhələsində 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Milan” “San Siro” stadionunda “Latsio”nu qəbul edib.

 

Görüşdə azarkeşlər 1 qol izləyib. Matçın 38-ci dəqiqəsində Lukas Bilyanın penaltidən vurduğu top oyunun taleyini həll edib.

 

Beləliklə, “Milan”ı səfərdə 0:1 hesabı ilə məğlub edən “Latsio” yarımfinala adlayıb. Burada isə paytaxt klubunun rəqibi “İnter” – “Napoli” cütünün qalibi olacaq.

 

Qeyd edək ki, digər 1/4 finalçılar “Roma” – “Fiorentina” və “Yuventus” – “Parma” komandalarıdı.

 

İtaliya kuboku

1/4 final

27 yanvar

“Milan” – “Latsio” - 0:1

Qol: Lukas Bilya, 38-pen

0